Mərkəzi Seçki Komissiyasının “qaynar xətt”i fəaliyyətini davam etdirir
Mərkəzi Seçki Komissiyasının 115 saylı “qaynar xətt”i fəaliyyətini davam etdirir. Ölkə vətəndaşları 23 dekabr 2009-cu ilə təyin edilmiş bələdiyyə seçkilərinə dair hər hansı bir məsələ ilə bağlı həmin “qaynar xətt”ə müraciət edə bilərlər. Vətəndaşlar Mərkəzi Seçki Komissiyasının İctimai İnformasiya Mərkəzinin (012) 493-48-69: (012 493-48-85) saylı telefonlarına zəng etməklə də məsləhət ala bilərlər.
Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının rəsmi internet əhifələrində (www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) elektron qaynar xətt də fəaliyyət göstərir.
Mərkəzi Seçki Komissiyasının rəsmi internet səhifələrində Komissiyanın qərarları, təsdiq etdiyi normativ xarakterli aktlar, fəaliyyəti ilə bağlı məlumatlar, seçici siyahıları, dairə və məntəqə seçki komissiyalarının dislokasiyaları, ünvanları və digər seçki sənədələri yerləşdirilmişdir.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti
|